Sağlam və təhlükəsiz öyrənmə mühiti

Daima kəşf etməyə, araşdırmağa və hərəkətdə olmağa meylli olan uşaqlara onların bu cür aktiv fəaliyyətini dəstəkləmək üçün sağlam və təhlükəsiz mühit yaratmağımız olduqca vacibdir. Bağçamızda uşaqlar üçün bu mühiti yaratmışıq. Onların rahat və müstəqil şəkildə əmək, təlim və oyunda iştirakını təmin etmək üçün bağçamız təhlükəsizlik standartlarına cavab verən avadanlıqlarla və ləvazimatlarla təchiz olunmuşdur. Eyni zamanda təlim-tərbiyə prosesləri sağlam düşüncə, fikir və emosiyalar üzərində qurulmuşdur. Bununla uşaqların mental və fiziki sağlamlıqlarını qoruyuruq və onlar üçün kompleks şəkildə sağlam və təhlükəsiz mühit yaratmış oluruq.