Bağça həyatı

Hər bir standart bilik və fəaliyyətdən ibarətdir. Burada məzmun uşağın nə öyrənəcəyini, yəni bilik hissəsini, fəaliyyət isə öyrəndiyini necə nümayiş etdirəcəyini bildirir. Bütün fəaliyyətlərdə uşağın təfəkkür fəallığının inkişaf etdirilməsi, psixomotor bacarıqların formalaşdırılması zəruri tələb kimi diqqət mərkəzində saxlanılır. Məzmun standartları bilik hissəsinin təcrübədə tədqiq olunaraq bacarığa çevrilməsini təmin edir.

Tədris proqramı inteqrativ xarakter daşıyır. Bu, ilk növbədə uşağın ibtidai təhsilə hazırlanması, şəxsiyyətinin formalaşması, onda sadə həyati bacarıqların inkişafı ilə bağlıdır. Verilən standartlar biri digərini tamamlamaq, möhkəmləndirmək, davam etdirmək baxımından ardıcıllıqla verilir.