Master-klaslar

Məktəbəqədər təhsil müəssisəmizin peşəkar komandasının dəstəyi ilə uşaqların inkişafını praktik cəhətdən təmin edəcək master-klaslar həyata keçirilir. Bununla onlara müşahidə yolu ilə öyrənmə və potensiallarını üzə çıxarma və bu bacarıqları daha da təkmilləşdirmə imkanı yaradılır. 

Master-klas - interaktiv öyrənmə və tətbiqetmə metodu olmaqla, müxtəlif yaş dövrləri üzrə fərqli kateqoriyalar əsasında həyata keçirilir. Praktiki və layihə əsaslı yanaşma vasitəsilə uşaqlarda bir çox bacarıqları üzə çıxarır, nəzəri bilikləri bacarığa çevirir, kollektivlə birgə işə və əməkdaşlığa sövq edir, səylərini, sosial bacarıqlarını və öyrənmə təşəbbüsünü inkişaf etdirir. Burada əsas diqqət uşağın gördüyü işin icrasına sərf etdiyi səy, zəhmət, düşüncə və səbrə verilir və ona proses müddətində qarşılaşdığı çətinlik və problemlərin həlli üçün gərəkli olan bacarıqlar ötürülür. Sonda uşaq əldə etdiyi nəticədən zövq almaqla, yenilik və dəyişikliklərə daha həvəsli və açıq olur. 

Master-klaslarda valideynlərin iştirakı xüsusi əhəmiyyət kəsb edir. ALPHA KIDS Uşaq Bağçası valideynlərə təkcə övladlarının inkişafını izləmək imkanı ilə kifayətlənmir, hətta onlarla birgə master-klaslarda işkirak etmək şəraiti yaradır. Bu əməkdaşlıq uşaqlarda özgüvəni formalaşdırmaqla yanaşı, valideynlərin öz övladlarında kəşf etmədikləri bacarıqları görmək təşəbbüsü yaradır. 

Bağçamızda tədris illi ərzində müxtəlif fəaliyyət sahələri üzrə masterklaslar təşkil olunur və bu master-klasların əksəriyyətində valideyn iştirakı dəstəklənir. 

Yaradıcılıqla bağlı: Təsviri fəaliyyət, Musiqi.

Məşğələ əsaslı: Ətraf aləmlə tanışlıq, Fiziki mədəniyyət, Bədii təfəkkürün inkişafı, Nitq inkişafı.

Seçim əsaslı: Uşaqların gündəlik fəaliyyəti zamanı illik tədris planına əsasən önəmsədikləri mövzular üzrə.