Qəbul prosesi

Övladınızın erkən inkişafı üçün ALPHA KIDS Uşaq Bağçasını seçdiyiniz üçün Sizə təşəkkür edirik!

ALPHA KIDS Uşaq Bağçasına 2-6 yaşlı uşaqlar qəbul edilir. Qəbul hər ilin may ayında başlayıb avqust ayına sonuna qədər davam edir.

Qəbul prosesi aşağıdakı qaydalar əsasında həyata keçirilir:

     1. Online müraciət

     2. Məlumatlanma

     3. Görüş və müsahibənin təşkili

     4. Qeydiyyat və sənədləşmənin aparılması

Online müraciət – övladının erkən inkişafını ALPHA KIDS Uşaq Bağçasında görmək istəyən valideynlər online müraciət formasını doldurmaqla qəbul prosesinin ilkin mərhələsini başlamış olurlar. 

Məlumatlandırma – Bağçanı ziyarət etməklə və ya virtual qaydada bağçanın infrastruktur və tədris sistemi ilə bağlı məlumatları müəssisəmizin əməkdaşlarından əldə edə bilərsiniz. 

Görüş və müsahibənin təşkili – qəbul prosesinin bu mərhələsində bağçamız sizi və övladınızı daha yaxından tanımağımıza şərait yaratmaqla, övladınızın ümumi bilik səviyyəsini müsahibə yolu ilə müəyyənləşdirib, onun özünəməxsus bacarıqlarına əsaslanan fərdi yanaşma və inkişaf proqramının hazırlanmasına dəstək vermiş oluruq. Bu proses pedaqoji heyət və psixoloqla müsahibə formasında təşkil edilir. 

Bağçaya uşaq qəbulu prosesi

ALPHA KIDS Uşaq Bağçasına qəbul görüş günündə pedaqoq, psixoloq və həkim-pediatrla müsahibənin nəticələrinə əsasən aparılır.

  • Görüş gününə dəvət almaq üçün bağçanın internet səhifəsində www.alphakids.az göstərilən link vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
  • Onlayn qeydiyyatdan keçdikdən sonra qısa müddət ərzində dəvət üçün sizinlə əlaqə yaradılacağı haqqında e-mail və sms bildiriş göndərilir.
  • Uşaqla görüşün müddəti 1 saat müəyyən edilmişdir.
  • Görüş günündən sonra müsahibənin nəticələrinə dair məlumatlar sms və e-mail vasitəsilə açıqlanır.
  • Müsbət nəticə əldə etmiş uşaqların valideyni bağçaya dəvət edilərək Valideynin Davranış Kodeksi müzakirə edilir. Bununla bağlı öncədən e-mail vasitəsilə məlumat göndərilir və sonra uşağın ALPHA KIDS Uşaq Bağçasına qəbulunu rəsmiləşdirən müqavilə imzalanır.
  • Müqavilə imzalandıqdan sonra valideyn ödəniş üçün banka yönləndirilir.
  • Bankdan ödəniş haqqında məlumat gəldikdən sonra Uşaq Qəbulu Şöbəsi valideynlə əlaqə saxlayıb tələb olunan sənədləri bağçaya təhvil vermək üçün dəvət edir


Qeydiyyat və sənədləşmənin aparılması 

Qəbul prosesinin sonuncu mərhələsində görüş və müsahibədən uğurla keçmiş uşaqların valideynləri bağçamıza lazımi sənədləri təqdim etməklə övladlarının ALPHA KIDS Uşaq Bağçasında hərtərəfli inkişafına dəstək vermiş olurlar. 

Bağçaya təhvil verilməsi vacib olan sənədlər:

  1. Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti 
  2. Uşağın şəxsiyyət vəsiqəsinin surəti (və ya doğum haqqında şəhadətnamə)
  3. 3x4 ölçüdə 4 ədəd fotoşəkil 
  4. Mübadilə vərəqi
  5. Uşağın sağlamlığının vəziyyəti barədə tibbi arayış