Tədris proqramı

ALPHA KIDS Uşaq Bağçasını tədris proqramı beynəlxalq standartlara əsaslanır və xüsusi təlimlərdən keçmiş yüksək təhsil səviyyəsinə malik peşəkar mütəxəssislər tərəfindən tədris edilir.  

Bağçada məktəbəqədər tərbiyə və təlim proqramı (kurikulum), idarəetmə sistemi və təhsil infrastrukturu qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq təşkil edilir. 

Eyni zamanda təlim prosesində yeni alternativ (IB PYP)-“Numicon”, “RWİ”, ”Montessori” proqramlarından da istifadə olunur. Bu proqram uşaqların həm öz potensialını kəşf etməsinə həm də məntiqli analiz etmək bacarıqlarını inkişaf etdirməsinə imkan verir.

Bağçada məktəbəqədər beynəlxalq təhsilin metodikası təhsilin ilk pilləsi olmaqla, uşaqların intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini təmin edir. Qeyd edilən proqramlar üzrə məşğələlər uşaqlara, azad düşünmək, rabitəli işləmək, prinsipiallıq, açıq fikirlilik, özünü ifadə etmək bacarıqlarını öyrədir. Tədrs dili – ingilis dilidir. 

Bağçamızda uşaqların dünyagörüşünü zənginləşdirmək üçün müxtəlif əyani vəsaitlər, əsas məşğələ və dərnəklər üçün guşələr yaradılıb, eyni zamanda “Kurikulum”, “PYP (İB)” və “Montessori” proqramları üzrə müəllim və üşaq üçün metodik vəsaitlər, kitablar eləcədə resurslarla təmin olunub. 

Təlim proqramı üzrə məşğələlər aşağıdakılardır: 

  • Ətraf aləmlə tanışlıq

  • Sadə riyazi təfəkkürün formalaşması

  • Fiziki tərbiyyə

  • Təsviri fəaliyyət

  • Nitq inkişafı

  • Bədii təfəkkürün inkişafı

  • Savad təlimi

  • Musiqi

Dərnəklər:

  • Gimnastika

  • Şahmat

  • Rəqs

  • Teatr

  • Bacarıqlı əllər