Ekskursiyalar

Ekskursiya və gəzintilər uşaqların mənafeyinə, maraq və tələbatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının genişlənməsinə effektiv təsir edən inkişaf istiqamətidir. Gəzinti və ekskursiyaları təşkil etməklə uşaqlarda hansı bilik və bacarıqlar formalaşdırmaq mümkündür?

Bu metod uşaqlarda intellektual bacarıqların formalaşdırılmasına imkan yaradır. Bununla onlar yeni və araşdırılmalı mövzular üzrə daha dərin biliklər əldə edirlər. 

Bu baxımdan övladlarımızın bilik və bacarıqlarını təkmilləşdirmək və məlumatlılıq səviyyəsini artırmaq, əşya və hadisələri  əyani surətdə öyrənmək məqsədilə ekskursiyalar təşkili edirik. ALPHA KIDS Uşaq Bağçasında ekskursiya-məşğələləri tədris ili ərzində 2 və ya 3 dəfə keçirilməklə uşaqların tədris əməyinə olan marağı artırırıq. Bu ekskursiya-məşğələlər bağçanın akamedik – tədris planına əsaslanır və elmi mahiyyət daşıyır.