Təhlükəsizlik

Uşaqların inkişafını təmin edən əsas məqamlardan biri onların təhlükəsiz mühitdə böyümələridir. Bağçamızı ziyarət etməklə buradakı qrup otaqlarının, yeməkxananın, oyun meydançasının, dəhlizin xüsusi təhlükəsizlik təlimat və qaydalarını nəzərə alınmaqla dizayn edildiyini müşahidə edəcəksiniz. 

Bağçamızda təhlükəsizlik tədbirləri görülmüş, yanğından mühafizə sistemləri, yanğın-həyəcan sistemi, müşahidə kameraları, mühafizə sistemi ilə təmin olunmuşdur. Bağçamızda təhlükəsiz infrastruktur yaradılmış, tədris və müxtəlif funksiyalı otaqlar isə təhlükəsiz qaydaları nəzərə alınaraq avadanlıqlarla təchiz olunmuşdur. 

Həyətyanı sahədə oyun meydançası uşaq sayına əsasən təşkil edilmişdir. Bağçanın həyətində oyun məkanına təbiət elementləri: ağaclar, bitkilər, qum, daş, gil və s. daxil edilmişdir. Bu ətraf aləmin öyrənilməsinə, təbiətə qayğının vacibliyinin dərk edilməsinə kömək edir, eyni zamanda fasiləsiz ekoloji təhsili təmin edir. Bağçanın həyəti eyni zamanda gəzinti və əlavə məşğələ saatlarının təşkili üçün əlverişlidir.