Niyə biz?

ALPHA KIDS Uşaq Bağçasının məqsədi

Uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının, estetik tərbiyəsinin, sadə əmək vərdişlərinə yiyələnməsinin, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu münasibətinin, zəruri həyati bacarıqlara yiyələnməsinin, şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur. 

Məktəbə gedənədək olan dövr uşağın ən sürətli fiziki və əqli inkişafı, bütün sonrakı həyatı boyunca hər bir insan üçün zəruri olan keyfiyyətlərin formalaşması dövrüdür. Bu dövrün özəlliyi ondan ibarətdir ki, o, gələcəkdə hər hansı bir bilik əldə etmək üçün təməl olan bilik, bacarıq və müxtəlif fəaliyyətlərin mənimsənilməsi dövrüdür. Bu mərhələdə nitqin inkişafı, məntiqi təfəkkürün inkişafı, ətraf aləmlə tanışlıq, təsviri fəaliyyət, musiqi və fiziki inkişaf üzrə ilkin bilik və bacarıqlar formalaşır.

Uşağın məktəbdəki uğurlu təhsili, şəxsiyyət kimi formalaşması, ictimai həyatda iştirak etməsi məktəbəqədər dövrdə qoyulmuş təməldən əhəmiyyətli dərəcədə asılıdır. Məktəbəqədər yaş uşağın fəal sosiallaşması, mədəni vərdişlərin mənimsənilməsi, mənəvi və estetik hisslərin oyanması dövrüdür.

Yuxarıda sadalananları əsas tutaraq uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək, uşaqların mənəvi və bəşəri dəyərlər ruhunda tərbiyə olunmasına istiqamətləndirmək ALPHA KIDS Uşaq Bağçasının davamlı inkişaf etdirilən fəaliyyətinin prioritet sahələridir.


Milli kurikulum əsaslı tədris: Sağlam, təhlükəsiz və inkişaf etdirici təlim mühiti

ALPHA KIDS Uşaq Bağçasının missiyası

Bağçamızın missiyası uşaqların şəxsiyyət kimi yetişməsini dəstəkləyən mühitin yaradılmasından ibarətdir. Bu mühitdə uşaqlarımızın hərtərəfli inkişafını təmin edəcək müasir təlim metodları və yanaşma üsulları vasitəsilə hər bir uşağın maraq, bacarıq və ehtiyaclarına uyğun təlim prosesləri həyata keçirillir. 

Təqdim edəcəyimiz bağça mühitinin təsiri ilə uşaqlarınız həyatda özünəinamlı və uğurlu addımlarla irəliləyəcəklər.

ALPHA KIDS Uşaq Bağçasının prinsipləri

Nəticəyönümlülük – təhsilin məzmunu əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında müəyyən edilir.

Uşaqyönümlülük – təlim-tərbiyə prosesinin bilavasitə uşağın meyil və marağının, təhsil tələbatının ödənilməsinə, istedad potensialının reallaşdırılmasına və inkişafına yönəldilməsi.

Şəxsiyyətyönümlülük – uşaqlarda zəruri həyati bacarıqların və dəyərlərin formalaşdırılması.

İnkişafyönümlülük – uşaqların idrak fəallığının, təhsil nailiyyətlərinin davamlı təhlili və qiymətləndirilməsi yolu ilə onların bilik, bacarıq və vərdişlərinin inkişafının təmin olunması.

Tələbyönümlülük – ümumi inkişafla bağlı təhsil proqramının məzmununda fərdin və cəmiyyətin dəyişən tələblərinin nəzərə alınması.