Valideynlərə məktub

Valideynlərə açıq məktub – Təsisçi (direktor, rəhbər) adından valideynlərə müraciət formasıdır. 

ALPHA KIDS Uşaq Bağçasının rəhbərliyindən “Xoş gəlmisiniz” məktubu.

Hörmətli Valideynlər!

Bakı şəhərinin mərkəzində yerləşən, yenicə istifadəyə verilmiş və geniş təlim imkanlarını özündə birləşdirən ALPHA KIDS Uşaq Bağçasında hər birinizi xoş gördük!

Təhsilin ilkin pilləsi sayılan məktəbəqədər təhsil müəssisəsi kimi yeni fəaliyyətə başlayan ALPHA KIDS Uşaq Bağçası müasir və beynəlxalq standartlara əsaslanan, övladlarınızın hərtərəfli inkişafını dəstəkləyən fərqli təlim mühiti yaratmaqla, onların sağlam və xoşbəxt böyümələrinə şərait yaradır. Bağça olaraq məqsədimiz uşaqlara yeni bilik, bacarıq və vərdişlər aşılamaqla yanaşı onların müstəqil fəaliyyəti üçün yeni imkanlar yaratmaqdır. Müasir dövrün tələblərinə müvafiq uşaqların fərqli - sosial, emosional, fiziki, əqli, mənəvi və dünyagörüşü kimi inkişaf sahələrində öz potensiallarını üzə çıxarmağa dəstək vermiş oluruq.

Uşaqlara fərdi yanaşmaqla onlara mükəmməl akademik bilik və praktiki bacarıqlar aşılamaqla gələcək inkişaflarına nail olmaq bizim hədəfimizdir. Yeni təlim metodları və rəqəmsal texnologiya ilə öyrənmə üsulları vasitəsilə qazanılmış biliklərin real mühitdə tətbiqini həyata keçirirk. Biz böyük dünyaya uşaqlarla birgə kiçik addımlarla səyahət edərək birlikdə çalışır, öyrənir və bildiklərimizi tətbiq edirik.

Övladlarınızın gündəlik inkişafını izləməklə bağçamızın fərqli abu-hava və inkişaf sferasına malik olduğunu ilk andan etibarən hiss etmiş olacaqsınız. 

ALPHA KIDS Uşaq Bağçasına qoşulmaqda maraqlı olan ailələri bağçamızı daha yaxından tanımaq üçün ziyarət günləri təşkil edirik. 

Bizə inandığınız və övladlarınızı bizim bağçaya etibar etdiyiniz üçün sizə təşəkkür edirik. 

Qəbul şöbəsinə müraciət etməklə bağçamız haqqında ətraflı məlumat almaq və bağçamızla daha yaxından tanış ola bilərsiniz. 

Sizinlə əməkdaşlıq etməkdən və övladlarınızı bağçamıza qəbul etməkdən məmnunluq duyarıq!

Hörmətlə,

ALPHA KIDS Uşaq Bağçasının rəhbərliyi.