Bizim heyət

Komandamız bizim ən böyük dəyərimizdir. Övladlarınızın təkcə akademik billiklərinin deyil, eyni zamanda sosial bacarıqlarının inkişafı üçün çalışan peşəkar komandamız var. Uşaqlar günün çox hissəsini onlara dəyər verən və dinləməyə hazır olan, müxtəlif istiqamətlərdə dəstəkləyən, sevgi və qayğı ilə qarşılıqlı münasibətləri formalaşdıran pedaqoji komanda ilə keçirəcəklər.

Komandamız daima təkmilləşməyə və yeniliyə açıq olmaqla, beynəlxalq tədris proqramları, məktəbəqədər pedaqogika, pedaqoji ustalıq, uşaq psixologiyası, təhlükəsizlik və sağlamlıq ilə bağlı xüsusi təlim və proqramlarda öz bilik və bacarıqlarını inkişaf etdirirlər. 

Pedaqoji heyət olaraq, uşaqların hərtərəfli inkişafını təmin etmək məqsədi ilə hazırlanmış “Üçbucaq” adlı proqram əsasında valideynlərlə əməkdaşlıq edirik. 

Təhsil müəssisəmizin tərtib etdiyi “Üçbucaq” adlı xüsusi proqram vasitəsilə ailə, uşaq və bağçanın paralel və vəhdətli şəkildə birgə işi və fəaliyyəti övladlarımızın hərtərəfli inkişafına davamlı şərait yaradacaq əsas meyardır. Nəticədə övladlarınızı xüsusi peşəkar komandaya etibar etdiyinə tam əmin ola bilərsiniz.