Tez-tez verilən suallar

     1. “Alpha Kids” Uşaq Bağçasının iş rejimi haqqında məlumat verə bilərsinizmi?

“Alpha Kids” Uşaq Bağçası həftənin 5 günü səhər saat 08:00-dan axşam saat 18:00-a kimi fəaliyyət göstərir. Təlim-tərbiyə işləri cədvələ uyğun olaraq axşam saat 17:00-a qədər davam edir. Saat 17:00-18:00 aralığında isə uşaqlar istək və maraqlarına uyğun olaraq müstəqil fəaliyyətlərə cəlb olunurlar. Eyni zamanda, işləyən valideynləri nəzərə alaraq saat 18:00-dan, 19:00-a qədər uşaqların bağçada qalmasını təmin etmək mümkündür. 

     2. “Alpha Kids” Uşaq Bağçasında təlim-tərbiyə işləri hansı yaş qrupları üzrə həyata keçirilir?

“Alpha Kids” Uşaq Bağçasında təlim-tərbiyə işləri 3 müxtəlif yaş qrupları üzrə həyata keçirilir. Orta qrupda (3-4 yaş) 20 uşaq, böyük qrupda (4-5 yaş) 20 uşaq və məktəbəhazırlıq qrupunda isə (5-6 yaş) 20 uşaq olmaqla bağçamızda ümumilikdə 60 uşağın hərtərəfli inkişafını təmin etmək üçün geniş imkanlar yaradılmışdır. 

     3. “Alpha Kids” Uşaq Bağçasında təhsil hansı sistemə və proqrama uyğun olaraq həyata keçirilir?

“Alpha Kids” Uşaq Bağçasında təhsil Azərbaycan Respublikasının məktəbəqədər təhsil qanununa müvafiq qaydada təşlik olunmuşdur. Milli Kurrikulum və Beynəlxalq İB(PYP) Foundation proqramları üzrə təlimlər İngilis dilində aparılır. 

     4. “Alpha Kids” Uşaq Bağçasında uşaqların gün rejimi haqqında məlumat verə bilərsinizmi?

“Alpha Kids” Uşaq Bağçasında hər yaş qrupuna uyğun düzgün və sağlam gün rejimi tərtib edilmişdir. Sağlamlıq, qidalanma, təlim, yuxu saatı, gəzinti və s. aşağıdakı vaxt rejiminə uyğun həyata keçirilir:

  • 08:00-08:40 – Qəbul və qeydiyyat;
  • 08:55 – 09:10– Səhər gimnastikası;
  • 09:15 – 09:30 – Səhər yeməyi;
  • 09:35 – 10:05 – Təlim;
  • 10:10 – 10:40 -- Təlim;
  • 10:40 – 10:50 – Meyvə saatı;
  • 10:55 – 11:35 – Təlim;
  • 11:40 – 12:20 – Gəzinti;
  • 12:30 – 12:50 – Nahar;
  • 13:10 – 15:00 – Yuxu saatı;
  • 15:00 – 15:10 – Oyanma saatı;
  • 15:10 – 15:25 – Şam yeməyi;
  • 15:30 – 16:00 – Yığıncaq;
  • 16:10 – 16:40 – Praktik fəaliyyət;
  • 17:00 – 18:00 – Evə getmə saatı.


     5. Valideynlər uşaqlarını “Alpha Kids” Uşaq Bağçasında olduqları müddətdə necə izləyə bilərlər?

“Alpha Kids” Uşaq bağçasının dərs və yataq otaqları, yeməkxana, dəhliz, uşaq sanitar qovşaqları, oyun meydançası və digər məkanlarda quraşdırılmış təklükəsizlik kameralarının nəzarəti altında fəaliyyət göstərir. Valideynlər ehtiyac olduğu hallarda uşaqlarını həmin kameralar vasitəsilə ilə izləmək imkanına malik olacaqlar. 

     6. “Alpha Kids” Uşaq Bağçasında uşaqların sağlamlıq və təhlükəsizliyinin qorunması ilə bağlı hansı tədbirlər görülür? 

“Alpha Kids” Uşaq bağçasında ən vacib faktor olan uşaqların sağlamlıq və təhlükəsizliyinin qorunması işinə ciddi fikir verilir. Bağçamızda uşaqların təhlükəsizliyini təmin etmək üçün mühafizə xidməti fəaliyyət göstərir. Bağça daxilində və həyatyanı sahədə quraşdılmış kameralar vasitəsi ilə və vizulal olaraq mühafizə xidməti tərəfindən daima nəzarətdə saxlanılır. Eyni zamanda uşaqların sağlamlıq durumunu nəzarətdə saxlamaq və ilkin tibbi yardım göstərmək üçün peşəkar həkim-pediatr  fəaliyyət göstərir. Sağlamlığında hər hansı bir narahatçılıq yaranmış uşaqların nəzarətə götürülür, ilkin yardım göstərilir, valideynlərlə əlaqə saxlanılır, durum ciddi olarsa təcili yardıma xəbər verilir. 

     7. “Alpha Kids” Uşaq Bağçasında uşaqların qida rejimi haqqında məlumat verə bilərsinizmi?

“Alpha Kids” Uşaq Bağçasında sağlamlığı dəstəkləyən xüsusi proqram vasitəsilə uşaqlar düzgün qida rejimi ilə təmin olunurlar. Bu proqrama 4 fərqli saatlarda qidalanma daxildir. Həftəlik menyuya daxil olan qida rasionu aşağıdakı kimidir. 

  • Səhər yeməyi;
  • Meyvə saatı;
  • Təbii meyvə şirələri;
  • Nahar yeməyi;
  • Şam yeməyi.