Biz Kimik?

Alpha Kids Uşaq Bağçası beynəlxalq tədris proqramı əsasında fəaliyyət göstərən uşaq bağçasıdır. Bağçamızda məşğələlər ingilis dilində tədris edilir. Bağça 3-6 yaş qrupu arasında olan uşaqlar üçün nəzərdə tutulmuşdur. Bağçamızın missiyası gələcəyin uğurlu şəxsiyyəti kimi yetişməsi üçün övladınızın akademik, sosial və fiziki inkişafına dəstək olmaqla onun unikal bir şəxsiyyət kimi formalaşmasına yardımçı olmaqdır. Bu məqsədlə biz hər bir uşağın ehtiyaclarına uyğun, öz bacarıqlarını inkişaf etdirə biləcəyi öyrənmə mühiti təqdim edirik.

Ardını Oxu

Komandamız bizim ən böyük dəyərimizdir!

Uşaq bağçasında biz övladınıza gün ərzində lazım olan bütün xüsusi diqqəti veririk. Sevgi dolu bölünməz diqqət! Uşaqlarla ünsiyyət zamanı xüsusi danışıq tempindən istifadə, onlara göz əlaqəsinin qurulması, uşaqlarının ehtiyacının müəyyən edilib ona dəstək göstərilməsi, uşağın sadəcə akademik yox eyni zamanda sosial bacarıqlarının inkişafı bizim peşəkar komandamızın zəhmətinin məhsuludur. Komandamız hər zaman daha yaxşı fəaliyyət göstərmələri üçün beynəlxalq tədris proqramı, uşaq psixologiyası, ümumi təhlükəsizlik və sağlamlıq ilə bağlı xüsusi təlim və proqramlarda öz bacarıqlarını daimi inkişaf etdirirlər. Nəticədə övladlarınızı xüsusi peşəkar komandaya etibar etdiyinizə tam əmin ola bilərsiniz.

Ardını Oxu

Ətraf mühit uşağa necə təsir edir?

Bağça yaşında olan uşaqların ətrafında baş verən hər bir kiçik hadisə belə onların fiziki və mənəvi inkişafına təsir göstərir. Bu səbəbdən biz uşaqlarımızın gündəlik bağça həyatında baş verən hər bir detala - öyrənmə prosesinə, qidalanmasına, oyun zamanına, təhlükəsizliyinə və sağlamlığına xüsusi diqqət edir və hər bir uşağa öz ehtiyaclarına uyğun, fərdi münasibət və diqqət göstəririk. Alpha Kids Uşaq Bağçasının uğurunun sirri budur. Bağçamız haqqında sizə daha ətraflı məlumat vermək üçün sizin yolunuzu gözləyirik. Ziyarətə gəlin! düyməsindən istifadə etməklə bağçamızı ziyarətə gəlmək üçün uyğun gün seçə bilərsiz. Bağçamızla sizi daha yaxından tanış etməkdən məmnun olacağıq!